Selçuk Bayraktar: “Sanksiyalar müstəqillik üçün texnologiyaları inkişaf etdirməyin şərt olduğunu göstərdi”

Siyasət

“Qarabağ içimizdə qanayan bir yara idi, gəncliyimizdə soydaşlarımızın bizə çatan görüntüləri bizi kədərləndirirdi”.

APA-nın İstanbul müxbiri xəbər verir ki, bu barədə “Baykar” şirkətinin texniki direktoru Selçuk Bayraktar “TEKNOFEST Karadeniz” çərçivəsində jurnalistlərin sullarına cavab verərkən deyib.

“Allaha şükür, türk orduları o əraziləri işğaldan azad etdi, yaramıza su tökdü…(İkinci Qarabağ müharibəsi zamanı – red.) bizə qarşı təbliğat naminə tərtib edilən sanksiyalar müstəqillik üçün milli texnologiyaları inkişaf etdirməyin şərt olduğunu göstərdi”, – deyə o bildirib.

www.RIA24.az