Kərim Vəliyev: “Hər iki qardaş ölkəyə yeni qələbələr və uğurlar arzulayıram”

Siyasət

“100 il əvvəl qazanılmış bu şanlı qələbə Türkiyə tarixinin ən şanlı qələbəsindən biridir. İki qardaş ölkə arasındakı münasibətlər bütün sahələrdə, o cümlədən müdafiə sənayesi sahəsində inkişaf edir”.

Oxu.Az xəbər verir ki, bunu müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Türkiyənin 30 Avqust – Zəfər Bayramına həsr olunan tədbirdə çıxış edərkən söyləyib.

Onun sözlərinə görə, ölkələrimiz arasında mədəni, dini, tarixi əlaqələr hərb sahəsində əməkdaşlığın inkişaf etdirilməsi üçün imkanlar yaradır: 

“Bu birlik regionda sabitliyin və əmin-amanlığın qorunmasına xüsusi töhfə verir”.

“Hər iki qardaş ölkəyə yeni qələbələr və uğurlar arzulayıram”- deyə Kərim Vəliyev bildirib.

Aysel Aslanqızı

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir