Ərdoğan Ruhani ilə Qarabağ məsələsini müzakirə etdi

Siyasət

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla İran Prezidenti Həsən Ruhani arasında telefon danışığı baş tutub.

Bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.

Telefon söhbətində ikitərəfli münasibətlərlə yanaşı, həmçinin Qarabağ məsələsi də müzakirə edilib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iranlı həmkarı ilə söhbəti zamanı vurğulayıb ki, Azərbaycan torpaqlarının işğalı və hücumları ilə böhran yaradan Ermənistanın dinc əhaliyə qarşı həyata keçirdiyi hücumlar müharibə cinayətidir.

Türkiyə lideri həmçinin Dağlıq Qarabağ məsələsində haqlı ilə haqsızı, işğala məruz qalanla işğalçını ayırd edən bir mövqedə dayanmağın vacibliyini qeyd edib.

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir