Ermənistan Azərbaycanın şərtlərini qəbul edib: Sülh müqaviləsində nələr əks olunacaq? – AÇIQLAMA + VİDEO

Siyasət

Ermənistan Azərbaycanın şərtlərini qəbul edib. Dördüncü Brüssel görüşündə Azərbaycan və Ermənistan arasında sülh sazişi üzərində işləmək üçün qrupların yaradılması ilə bağlı razılıq əldə olunub.

Baku TV-yə danışan sabiq xarici işlər naziri Elmar Məmmədyarov post-münaqişə dövründə iki ölkə arasında mühüm sənəd olacaq sülh müqaviləsində nələrin əks olunacağına münasibət bildirib.

“İlk növbədə ərazi bütövlüyü, suverenliyi iki ölkənin müstəqilliyi əks olunmalıdır. Sülh müqaviləsinin məqsədi ondan ibarətdir ki, qarşı tərəflə normal qonşuluq siyasəti qurulsun. O cümlədən müqavilədə birmənalı olaraq demarkasiya, delimitasiya, dəhlizlərin açılması, nəqliyyat sisteminin yaradılması öz əksini tapmalıdır. Ermənistanın rəhbəri bu müqavilənin onlar üçün sərfəli olduğunu anlasa danışıqlar daha tez bitə bilər”, – deyə sabiq nazir qeyd edib.

Daha ətraflı süjetdə:

 

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir