ABŞ Dövlət katibi Mayk Pompeo bu gün Azərbaycan və Ermənistan XİN rəhbərləri ilə ayrı-ayrılıqda görüşəcək.
“RİA Novosti” xəbər verir ki, bununla bağlı ABŞ Dövlət Departamenti məlumat yayıb.
Pompeonun Ceyhun Bayramovla görüşü Vaşinqton vaxtı ilə 09:30-da (Bakı vaxtı ilə 17:30-da) başlayacaq.