Deputat: “Azərbaycan könüllüləri, işğaldan azad olunmuş ərazilərin bərpasına hazırlaşın!”

Siyasət

“Bu il təbiətin və həyatın bizə göstərdiyi COVID-19 pandemiyası ilə yanaşı, ictimai-siyasi həyatımızda baş verənlər birbaşa olaraq Azərbaycanın tarixində vacib və əhəmiyyətli hadisələr kimi qalacaq”.

Bunu Milli Məclisinin deputatı Məzahir Əfəndiyev deyib.

O, bildirib ki, 9 fevral 2020-ci ildə ilk dəfə olaraq növbədənkənar altıncı çağırış parlament seçkilərinin keçirilməsi, 2020-ci ilin “Könüllülər ili” kimi Azərbaycanda qeyd olunması, 30 ildən sonra Azərbaycanın öz ərazi bütövlüyü və suverenliyini bərpa etməsi üçün hərbi əməlliyatlara başlaması, işğal altında olan torpaqlarımızın azad edilməsi, Azərbaycan ərazilərində kəndlərin, şəhərlərin tarixi adlarının bərpası Azərbaycanın tarixi və ictimai-siyasi həyatında xüsusi qeyd olunacaq hadisələrdəndir:

“Azərbaycan öz suverenliyinin bərpası istiqamətində apardığı ədalətli mübarizədə bütün dünyaya Azərbaycan xalqının birliyini, müzəffər Ordumuzun şücaətini bir daha göstərdi. Həsrətlə gözlədiyimiz rayonlarımızın ardıcıl olaraq işğaldan azad olunması ilə mənfur düşmənə və onların himayədarlarına sübut etdik ki, Azərbaycanın qələbəsi çox da uzaqda deyil.

Hərbi-siyasi müstəvidə ərazilərimizin işğaldan azad olunmasını təmin edərək, Ali Baş Komandanın rəhbərliyi ilə xarici diplomatiya sahəsində də Cənubi Qafqazda sülhün və əmin-amanlığın bərqərar olunması istiqamətində ölkəmiz qələbə müjdəli sözünü deyəcək.

Xalqımızın tolerantlığı, multikultural dəyərlərə hörməti, sülhsevərliyi və yaşamağa doğru həyat sevgisi insanlarımızın daha yaxşı yaşamasını və davamlı inkişafı təmin etmək üçün işğaldan azad olunmuş torpaqlarımızda infrastruktur, iqtisadi-sosial sahədə inqilabi layihələrin həyata keçirilməsini zəruri edir. 

Bugünədək Azəbaycan iqtisadi-sosial sahədə görünməmiş nailliyətlər əldə etmişdir. Azərbaycanın kifayət qədər ehtiyyat fondunun olması, habelə qeyri-neft sahəsinin ildən-ilə inkişaf etməsi, kənd təsərrüfatı sahəsində son illərdə əldə edilən uğurlar qısa müddətdə müasir, yüksək səviyyəli həyatın Qarabağda yaradılmasına imkan verir”.

Deputat qeyd edib ki, işğal altında olan torpaqlarımız 30 il müddətində vəhşicəsinə dağıdılması, bütün infrastruktur məhv edilməsinə baxmayaraq, hərbi əməliyyatlardan sonra əsaslı təmizləmə, bərpa və əhalinin öz doğma torpaqlarına qayıtmasının təmin edilməsi istiqamətində işlərin həyata keçirilməsi xalqımızın və dövlətimizin əsas hədəflərindəndir:

“Bu gün Azərbaycan cəmiyyətində bugünədək olmayan birliyin, vəhdətin olması, habelə Prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqəti sayəsində inkişaf etmiş “Könüllülər hərəkatı” bizə imkan verir ki, biz könüllülər ordusu olaraq ölkənin bütün könüllülər təşkilatlarının iştirakı ilə, hamımız bir nəfər kimi Ali Baş Komandanın rəhbərliyi altında işğaldan azad edilmiş torpaqlarımızda həmin ərazilərin yenidən bərpası və qurulması işlərində yaxından iştirak edək.

Bununla əlaqədar olaraq “QAYIDIŞ” Konsepsiyasının hazırlanma işlərinə başlanılması artıq tarixi bir zərurətə çevrilib.

Dünya liderlərinin iştirakı ilə dini-mədəni irsin qorunmasına dair böyük, mötəbər tədbirlərin Azərbaycanda ən yüksək səviyyədə keçirilməsi, dünya əhəmiyyətli idman bayramlarının ölkəmizdə təşkil olunması məhz yeni yaradılmış könüllülər hərakatının üzvlərinin iştirakı və birinci vitse-prezidentimiz Mehriban xanımın vurğuladığı kimi, onların yorulmaz, vətənpərvər, müasir çağırışlara cavab verən keyfiyyətlərinin yüksək olması ilə bağlı olub.

Bütün Azərbaycan könüllülərini azad olunmuş torpaqlarımızda uzunmüddətli sülhün yaradılması üçün yeni könüllülük fəaliyyətinə hazır olmalarına səsləyirəm.

Azərbaycanın dünya ölkələri və beynəlxalq təşkilatlarla qarşılıqlı, yüksək səviyyəli münasibətini nəzərə alaraq 5 dekabr Beynəlxalq Könüllülər Günü ərəfəsində BMT könüllülərinin iştirakı ilə “Qarabağda yeni həyat quraq” devizi altında bütün ölkə könüllüləri və könüllülər təşkiatlarının iştirakı ilə hərakatın başlaması – Azərbaycan xalqının dünyada sülhün, əmin-amanlığın, davamlı inkişafın carçısı olduğunu bir daha nümayiş etdirəcək”.

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir