Rusiyanın Azərbaycandakı səfirliyi Gəncə terrorunun qurbanı Artur Mayakovla bağlı paylaşım etdi – FOTO

Siyasət

Rusiyanın Azərbaycandakı səfirliyi quldur Ermənistan dövlətinin Gəncəyə xain hücumu nəticəsində bu gün həyatını itirən Rusiya vətəndaşının ölümündən kədərləndiyini bildirib.

Səfirliyin “Twitter” hesabında yerləşdirilən paylaşımda bu barədə qeyd edilir:

“2007-ci il təvəllüdlü Rusiya vətəndaşı Artur Vasilyeviç Mayakov bu il oktyabrın 17-də raket hücumu nəticəsində aldığı güllə yarasından oktyabrın 24-də Gəncə şəhərindəki xəstəxanada  həyatını itirib. Səfirlik mərhumun ailəsi və dostları ilə əlaqə saxlayır və onlara dərin hüznlə başsağlığı verir”.

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir