Putin: “Bəziləri İrəvanı yox, Bakını seçirlər”

Siyasət

Rusiya Prezidenti Vladimir Putin bildirib ki, əgər gedənlərə orada işləmək daha rahatdırsa, Rusiya biznesinin Ermənistana və digər Avrasiya İqtisadi Birliyi ölkələrinə köçməsi normaldır.

“Biz Rusiya biznesinə fayda verən hər şeyi alqışlayırıq. İrəvanda işləyib, Moskvada yaşamaq mümkündür, buna heç nə mane olmur. Artıq (gedənlərin çoxu) geri qayıdıblar, başa düşüblər ki, burada dəhşətli heç nə baş vermir, hər şey stabildir. Əgər Ermənistanda işləmək xoşunuza gəlirsə, buyurun”, – deyə Putin Şərq İqtisadi Forumunun plenar iclasında deyib.

Rusiya prezidenti əlavə edib ki, bəziləri İrəvanı yox, Bakını seçirlər, həmçinin, “Qazaxıstanda çox yaxşı maliyyə zonası yaradılıb”. Onun sözlərinə görə, İT sektoru ilə bağlı biznes nümayəndələri həmin ölkələrə daha tez-tez gedirlər.

Plenar iclasda sessiyanın moderatoru İlya Doronov qeyd edib ki, Ermənistan Rusiyadan “əmək miqrantlarının axını” ilə üzləşib və Ermənistan baş naziri Nikol Paşinyandan rusların yerli cəmiyyətə necə uyğunlaşdığını və onların ölkə iqtisadiyyatında hansı rol oynadığını soruşub.

“Bağışla, Nikol (Paşinyan), o cavab verməyə başlamazdan əvvəl demək istəyirəm ki, Rusiyaya daha çox – iki milyondan çox erməni gəlib”, – deyə Rusiya prezidenti vurğulayıb.

Mənbə: TASS

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir