Torontodan olan səyahətçi: “Viran edilmiş ərazilərə baxmaq üzücüdür”

Siyasət

“Bir çox münaqişə zonalarında olmuşam, viran edilmiş ərazilərə baxmaq çox üzücüdür. Bu, məni incidir, lakin yaşanan iztirabları xatırlatmaq üçün dağıntılar qismən qorunmalıdır”.

Bunu “Report”a açıqlamasında hazırda Azərbaycanın işğaldan azad edilmiş ərazilərində səfərdə olan torontolu səyyah Fransisko Reyes deyib.

“Mən bu yaxınlarda Bosniya və Herseqovinada oldum, orada da minalar var, Kambocada hələ də partlayışlar olur. Amma orada müharibə çoxdan bitib, Qarabağda isə hələ çox iş görülməlidir”, – kanadalı səyyah bildirib.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir