Ronaldinyo koronavirusa yoluxdu

Gündəm Siyasət

Braziliya yığmasının sabiq futbolçusu Ronaldinyo koronavirus infeksiyasına yoluxub.

Məşhur idmançı bu barədə “İnstaqram” səhifəsində yazıb.

“Testi keçdim və o müsbət nəticə göstərdi. Yaxşıyam, xəstəlik simptomları yoxdur”, – 40 yaşlı Ronaldinyo bildirib.

Braziliyalı futbolçu Fransanın PSJ, İspaniyanın “Barselona”, İtaliyanın “Milan” komandalarında çıxış edib. Ronaldinyo iki dəfə İspaniya (2005, 2006) və bir dəfə İtaliya çempionu (2011) olub. “Barselona”nın tərkibində 2006-cı ildə “Çempionlar Liqası”nı qalibi adını qazanıb. 2005-di ildə “Qızıl top” mükafatını alıb.

Braziliya yığması ilə 2002-ci ildə dünya çempionu olub. Yığmada 96 oyun keçirən futbolçu 33 qol vurub.

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir