Prezident Rusiya ilə mühüm sazişi təsdiqlədi

Siyasət

“Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında beynəlxalq informasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində əməkdaşlıq haqqında Saziş” təsdiq edilib.

Bununla bağlı Prezident İlham Əliyev müvafiq Fərman imzalayıb.

Qərara əsasən, sazişin müddəalarının həyata keçirilməsi Nazirlər Kabinetinə tapşırılıb. Həmçinin Azərbaycan XİN sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Rusiya Federasiyası Hökumətinə bildiriş göndərməlidir.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir