Cahid Bağçı Qobustan rayonundakı Türk Şəhidliyini ziyarət edib – FOTO

Siyasət

Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı Qobustan rayonundakı Türk Şəhidliyini ziyarət edib.

Səfir bu barədə “Twitter” hesabında paylaşım edib.

“Torpaq, uğrunda ölən varsa, Vətəndir. Onlar müstəqillik və suverenlik uğrunda Anadolunun hər cəbhəsində qəhrəmancasına vuruşub, qardaş Azərbaycanın müstəqillik mübarizəsi üçün gəldilər. Qafqaz İslam Ordusunun Azərbaycana gəlişinin 104-cü ildönümündə qəhrəman şəhidlərimizin mənəvi hüzurundayıq”, – səfir qeyd edib.

 

www.RIA24.az