Azərbaycanın mövqeyi dəyişmir – VİDEO

Siyasət

ABŞ Dövlət Departamenti və ATƏT-in Minsk Qrupu həmsədrlərinin humanitar atəşkəsə dair 25 oktyabr tarixli bəyanatına baxmayaraq, Ermənistan hərbi hücumlarını davam etdirməklə savaş yolu seçdiyini bir daha təsdiqləmiş oldu. 

Baku TV xəbər verir ki, bir neçə gün öncə Ermənistanın Baş naziri Nikol Paşinyan münaqişənin diplomatik həlli yoxdur deyib. 

Bu günlərdə BMT Təhlükəsizlik Şurasının daimi üzvləri, həmçinin Minsk Qrupuna həmsədr ölkələr Qarabağda baş verən hadisələri müzakirə edib. Lakin görüşün nəticələrinə dair bəyanat layihəsinə 1993-cü ildə qəbul edilmiş BMT TŞ-nin 822, 853, 874 və 884 saylı qətnamələrə istinadı daxil etməmişdi. Üstəlik bir sıra ölkənin həmin qətnamələrə istinadın mətnə salınması ilə bağlı təkidli mövqeyi də nəzərə alınmayıb. 

Azərbaycan bir daha vurğulayır ki, bəyanatda yer alan atəşkəsin monitorinqi üzrə parametrlər məsələsi münaqişənin müffəsəl həlli prosesi ilə paralel getməlidir. Bu o deməkdir ki, Ermənistan qoşunlarının Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılması ilə bağlı konkret vaxt cədvəli müəyyən edilməlidir.

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir