Azərbaycanla Özbəkistan arasında hərbi-texniki əməkdaşlıq haqqında sazişin təsdiqlənməsi gözlənilir.
Oxu.Az-ın məlumatına əsasən, bununla bağlı məsləyə Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sentyabrın 16-da keçiriləcək iclasında baxılacaq.
Bildirək ki, komitənin gündəliyinə 7 məsələ daxil edilib.
Qeyd edək ki, bu ilin iyunun 21-də Prezident İlham Əliyevin Özbəkistana səfəri zamanı adıçəkilən sənəd imzalanıb.
Sənədə Azərbaycanın müdafiə naziri Zakir Həsənov və Özbəkistanın müdafiə naziri Baxodir Kurbanov imza atıblar.
www.RIA24.az