“Sülh və sabitlik yalnız Azərbaycanın ərazi bütövlüyü və qanuni hüquqları əsasında əldə edilə bilər”.
Bu barədə Türkiyə Prezident Administrasiyasının sözçüsü İbrahim Kalın bildirib.
“Azərbaycan-Ermənistan sərhədində toqquşmalar narahatlıq doğurur. Danışıqlar davam etdiyi müddətdə Ermənistan təxribat xarakterli davranışlardan uzaq durmalıdır. Sülh və sabitlik yalnız Azərbaycanın ərazi bütövlüyü və qanuni hüquqları əsasında əldə edilə bilər. Türkiyə Azərbaycanın yanındadır”, – deyə İbrahim Kalın qeyd edib.
Azerbaycan-Ermenistan sınırındaki çatışmalar endişe vericidir. Müzakereler devam ederken Ermenistan, tahrik edici tutumlardan uzak durmalıdır. Barış ve istikrar, ancak Azerbaycan’ın toprak bütünlüğü ve meşru hakları temelinde sağlanabilir.
Türkiye Azerbaycan’ın yanındadır.
🇹🇷 🇦🇿— İbrahim Kalın (@ikalin1) September 13, 2022
www.RIA24.az