Azərbaycanda və xaricdə yaşayan həmvətənlərimiz, eyni zamanda xarici ölkələrin vətandaşları Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə müraciət edirlər.
Müraciətlərdə şanlı ordumuzun sentyabrın 27-də işğalçı qoşunlarına qarşı Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında başlatdığı əməliyyatlar birmənalı olaraq alqışlanır və böyük dəstək ifadə olunur.
Prezidentə məktub yazan şəxslər “dövlətimizlə, Liderimizlə, əvəzolunmaz və möhtəşəm tarix yazan Sərkərdəmizlə” fəxr etdiklərini bildirir.
Azərbaycanın və dünyanın bir çox yerlərindən ünvanlanan məktublarda Ali Baş Komandan Azərbaycan Respublikasının Milli Qəhrəmanı adlandırılır.
Azərbaycan xalqı Ulu Öndərimizin layiqli davamçısı kimi ölkə başçısı İlham Əliyevə və rəşadətli Ordumuza bu şərəfli yolda uğurlar arzulayır.
Müraciətlərdə qeyd olunur ki, bu zəfər, bu qalibiyyət yürüşü yalnız Ali Baş Komandanın siyasi iradəsi, qətiyyəti, güclü təzyiqlərə sinə gərib maneələri dəf edən zəkasının bəhrəsidir, bu qələbələr yalnız ölkə başçısının hərbi sərkərdəlik bacarığı, Milli Ordumuza ilham, güc- qüvvət verən komandanlıq məharəti sayəsində gerçəkləşib.