“Biz başa düşürük ki, Azərbaycan suverenliyini təmin etməlidir və ərazi bütövlüyünə qarşı təhdidlərə layiqli cavab verir”.
Bunu “Report”un Şərqi Avropa bürosuna açıqlamasında Ukrayna Ali Radasının hakim “Xalqın xidmətçisi” partiyasından deputatı Svyatoslav Yuraş bildirib.
O deyib ki, Ukrayna Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı hər zaman açıq və aydın mövqe ortaya qoyub:
“Rəsmi Kiyev ölkələrin beynəlxalq birlik tərəfindən tanınan sərhədlərini dəstəkləyir. Azərbaycan gələcəyinin necə olacağını məhz özü müəyyən etməlidir. Odur ki, biz sərhədlərin dəyişdirilməsini qəbul etmirik, çünki bunun öz ölkəmizdə nə ilə nəticələndiyini görürük. Məsələn, Rusiya Krım və Donbasın işğalı vasitəsilə bütün Ukraynanı da işğal etməyə çalışıb. Buna görə də digər ölkələrin, xüsusilə Sovet İttifaqının dəhşətli dövrlərini birgə keçdiyimiz dövlətlərin ərazilərinin işğalını dəstəkləmirik”.
S.Yuraş vurğulayıb ki, Ukraynanın ərazi bütövlüyünün bərpası ilə bağlı proses hələ yeni başlayıb. Onun sözlərinə görə, ərazi bütövlüyünü bərpa etmiş Azərbaycanın sərhədlərinə qarşı olan təhlükələri birmənalı olaraq pisləyirlər.
www.RIA24.az