ABŞ-ın nüfuzlu “New-York Times” nəşri Qarabağ müharibəsi ilə bağlı geniş məqalə hazırlayıb.
Nəşr materialda Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Aparatının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin fikirlərinə də geniş yer verib.
Ermənilərin mülki əhalini hədəf alması və onları raket atəşinə tutması nəticəsində onlarla insanın həlak olması, yaralanması, evlərə və obyektlərə ziyan dəyməsi kimi məsələlərin də diqqət mərkəzinə gətirildiyi məqalədə Hikmət Hacıyev qeyd edib ki, danışıqlar prosesini sonlandıran əsas məsələ Ermənistanın baş naziri Nikol Paşinyanın “Qarabağ Ermənistandır” sözü olub.
“The final nail in the coffin of the negotiation process was when Pashinyan said that Nagorno-Karabakh was Armenia,” said Hikmet Hajiyev
Roots of War: When Armenia Talked Tough, Azerbaijan Took Action https://t.co/KXHMDEYZsA
— Hikmet Hajiyev (@HikmetHajiyev) October 27, 2020