Türkiyə Milli Müdafiə Nazirliyi Bakının erməni-bolşevik işğalından azad olunmasının 104-cü ildönümü münasibətilə Azərbaycanı təbrik edib.
Təbrik mətni nazirliyin “Twitter” hesabında yayımlanıb.
“Biz doğma qardaşlarıq; iki dövlət, bir millətik! Bakının düşmən işğalından azad edilməsini qeyd etdiyimiz bu əlamətdar gündə Ermənistanın təcavüzkar və təxribatçı hərəkətlərinə qəti şəkildə qarşı çıxan qəhrəman Azərbaycan Ordusunu və nəcib Azərbaycan türk qardaşlarımızı salamlayırıq!”, – deyə təbrik mətnində qeyd edilib.
Bizler özbeöz kardeş; iki devlet, tek milletiz! Bakü’nün düşman işgalinden kurtuluşunu kutladığımız bu özel günde, Ermenistan’ın saldırgan ve provokatif eylemlerine güçlü şekilde karşı duran Kahraman #Azerbaycan Ordusunu ve asil Azerbaycan Türkü kardeşlerimizi selamlıyoruz! pic.twitter.com/2NdRKiuVnh
— T.C. Millî Savunma Bakanlığı (@tcsavunma) September 15, 2022
www.RIA24.az