ABŞ-lı politoloq erməni təxribatını şərh etdi – VİDEO

Siyasət

Ermənistan növbəti dəfə dünya ictimaiyyətinin diqqətini Azərbaycanla Ermənistan arasındakı gərginliyin bitməkdən uzaq olduğuna çəkdi. 

Bu fikri Baku TV-yə müsahibəsində BMT-də “Əlquds Alarabi” bürosunun rəhbəri, amerikalı şərhçi-politoloq Abdelhamid Siyam səsləndirib. 

“Hesab edirəm ki, Ermənistanın sərhəddə törətdiyi son təxribata Səmərqənddəki Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin sammiti və BMT Baş Assambleyasının qarşıdan gələn ilk iclası səbəb olub. Beləliklə, Ermənistan bir daha dünya ictimaiyyətinin diqqətini çəkdi ki, Azərbaycanla Ermənistan arasındakı gərgin vəziyyət bitməkdən uzaqdır. Sərhəddəki hərbi toqquşmalarla demək istəyirlər ki, Ermənistanla Azərbaycan arasında sülh yoxdur”, – deyə o qeyd edib. 

ABŞ-dən olan politoloq düşünür ki, Ermənistanın bu addımını Paşinyan planlayıb: “Nikol Paşinyan hesab edir ki, bu toqquşmalar onun düşmüş populyarlığını artıracaq. Bununla o, erməni xalqına demək istəyir ki, Azərbaycanla müharibə hələ bitməyib. Dünya ictimaiyyəti isə bu torpağın Azərbaycana məxsus olduğu ilə razılaşır. Bu, BMT Təhlükəsizlik Şurasının qətnamələrində də öz təsdiqini tapıb”.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir