Rəsmi Parisdən ermənilərin Azərbaycan səfirliyinə hücumuna REAKSİYA – FOTO

Siyasət

“Biz Azərbaycanın Parisdəki səfirliyini hədəf alan qəbuledilməz insidentlərdən təəssüf hissi keçiririk”.

Bu barədə Fransanın Azərbaycandakı səfiri Zakari Qrosun sosial şəbəkə hesabında da paylaşdığı Fransa XİN-in bəyanatında qeyd olunur.

“Fransa səlahiyyətliləri səfirliyin təhlükəsizliyini bərpa etmək və onun normal fəaliyyətini təmin etmək üçün bütün tədbirləri görüblər. Belə hadisələrin bir daha baş verməməsi üçün ayıq-sayıqdırlar”, – deyə qurumdan vurğulanıb.

Xatırladaq ki, sentyabrın 18-də ermənilər Azərbaycanın Fransadakı səfirliyinə basqın ediblər.

Sentyabrın 19-da Fransanın Azərbaycandakı səfiri Zakari Qros Xarici İşlər Nazirliyinə çağırılıb və görüş zamanı bir gün öncə Fransadakı Azərbaycan səfirliyinə qarşı bu ölkədəki radikal erməni qrupları tərəfindən törədilən hücumla bağlı XİN-in etiraz notası Fransa səfirinə təqdim edilib.

 

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir