Arye Qut vəfat edib

Siyasət

İsrailli jurnalist, beynəlxalq münasibətlər sahəsində siyasi ekspert Arye Qut vəfat edib.

Bu barədə Oxu.Az-a Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat katibi Vəsilə Vahidqızı məlumat verib. 

Onun sözlərinə görə, o, uzun müddətdir xəstəlikdən sonra vəfat edib.

İsrailin Azərbaycandakı səfirliyin mətbuat katibi Lalə İsgəndərova Oxu.Az-a bildirib ki, A.Qut xərçəng xəstəliyindən əziyyət çəkirmiş.

Qeyd edək ki, Arye Qut həmçinin Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsraildəki nümayəndəliyinin və İsraildə Azərbaycan Evinin icraçı direktorudur.

www.RIA24.az

Spread the love