TDT-in Budapeştdəki nümayəndəliyinin rəhbəri Ağdamda səfərdə olub – FOTO

Siyasət

Türk Dövlətləri Təşkilatının (TDT) Budapeştdəki nümayəndəliyinin rəhbəri, səfir Yanoş Hovari işğaldan azad olunmuş Ağdam rayonunda səfərdə olub.

Oxu.Az xəbər verir ki, bu barədə Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov “Twitter”də bildirib.

“Səfər zamanı qonağa Ağdamın dağıdılmış dini və tarixi abidələri, şəhərin inkişaf planı haqqında məlumat verilib”, – deyə paylaşımda qeyd olunur.

 

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir