Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev diplomatik korpus və beynəlxalq media nümayəndələri ilə Tərtərə getdiklərini deyib.
Bu barədə o, “Twitter” hesabında yazıb:
“İndi diplomatik korpus və beynəlxalq media nümayəndələri ilə Tərtərə gedirik. Hərbiçilərin dediyi kimi, erməni tərəfi Tərtər ətrafı ərazilərə hücum edir. Ancaq diplomatik korpuslar könüllü olaraq Tərtərə getməyə qərar verdilər. Azərbaycanın Stalinqradına. Həmrəylik üçün təşəkkürlər”.
We are going to Tartar now with the representatives of diplomatic corps and international media. As we told by militaries Armenian side attacks outskirts of Tartar. But diplomatic corps on voluntary basis decided to go to Tartar. Stalingrad of Azerbaijan. Thanks for solidarity.
— Hikmet Hajiyev (@HikmetHajiyev) October 29, 2020