Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramovun Cenevrə şəhərinin səfərinin vaxtı sabaha dəyişdirilib.
APA-nın Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinə istinadən verdiyi xəbərə görə, hazırda həmsədrlərdən yeni tarixlə bağlı təsdiq gözlənilir.
Qeyd edək ki, bu gün Cenevrədə C.Bayramovun ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşü planlaşdırılırdı.