“Ərazilərimizdə qanunsuz erməni birləşmələri qaldıqca, Azərbaycanın da Ermənistan ərazisində hərbçisi olması normaldır”.
Oxu.Az-ın məlumatına əsasən, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin iclasında komitənin sədri Zahid Oruc deyib.
Deputat qeyd edib ki, Ermənistan Qarabağdan kənardakı relyeflərdə də təxribat törədir.
“Buna görə də Azərbaycan müharibəni Ermənistanın içərilərinə daşımaq hüququna malikdir”,-deyə o əlavə edib.
Deputat onu da söyləyib ki, Azərbaycan Zəngəzur dəhlizinin güc tətbiqi ilə reallaşdırması hüququnu da özündə saxlayır.
Aqşin Kərimov
www.RIA24.az