Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki səfiri Fergus Ould Heydər Əliyev Mərkəzindən paylaşım edib.
“Dünyaca məşhur Heydər Əliyev Mərkəzinə ilk səfərim – daxili və xarici dizaynı heyrətamizdir. Mərkəzin memarı İraq əsilli britaniyalı Zaha Hadiddir. Memar qardaşım belə möhtəşəm yerdə olduğum üçün məni çox qısqandı. Mərkəzdəki muzeydə Azərbaycanın müasir tarixi haqqında məlumat aldım”, – deyə o, “Twitter” hesabında yazıb.
Dünyaca məşhur @HA_Center ilk səfərim – daxili və xarici dizaynı heyrətamizdir. Mərkəzin memarı Iraq əsilli britaniyalı Zaha Hadiddir. Memar qardaşım belə möhtəşəm yerdə olduğum üçün məni çox qısqandı. Mərkəzdəki muzeydə Azərbaycanın müasir tarixi haqqında məlumat aldım. pic.twitter.com/P238QEkE8x
— FergusAuldFCDO (@FergusAuldFCDO) September 21, 2022
www.RIA24.az