Çavuşoğlu Ceyhun Bayramova təşəkkür etdi: “Bizim bayramımız sizin bayramınızdır”

Siyasət

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Respublika Günü ilə bağlı təbrikinə görə azərbaycanlı həmkarı Ceyhun Bayramova təşəkkür edib.

Bu barədə Türkiyənin XİN rəhbəri “Twitter” hesabında paylaşım edib.

“Dəyərli qardaşım Ceyhun, səmimi təbrik mesajın üçün təşəkkür edirəm. Bizim bayramımız sizin bayramınızdır. Can Azərbaycanın hər zaman yanındayıq”, – deyə M.Çavuşoğlu bildirib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir