Ceyhun Bayramov XİN başçılarının qeyri-formal görüşündə iştirak edib

Siyasət

Xarici işlər naziri Ceyhun Bayramov Nyu-Yorkda BMT Baş Assambleyasının 77-ci sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) xarici işlər nazirlərinin qeyri-formal görüşündə iştirak edib.

Bu barədə Azərbaycan XİN məlumat yayıb.

Qazaxıstanın sədrliyi ilə keçirilmiş görüşdə nazir Ceyhun Bayramov çıxış edib. Qlobal təhlükəsizliyə, sabitliyə, iqtisadi inkişafa qarşı artan çağırışlar nəzərə alınmaqla regional qarşılıqlı əlaqəyə və əməkdaşlığa ehtiyacın artdığı çıxışda bildirilib. Bu kontekstdə, AQEM-in dialoqun və əməkdaşlığın təşviq edilməsi, etimadın qurulması, bununla da bölgədə təhlükəsizliyin və rifahın təmin edilməsi üçün əhəmiyyətli platforma olduğu qeyd edilib.

Çıxış zamanı, regional və beynəlxalq təhlükəsizliyin, habelə sabitliyin təmin edilməsi üçün beynəlxalq hüququn norma və prinsiplərinə, xüsusilə də suverenlik, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığına hörmət edilməsinin möhkəmləndirilməsinin zəruriliyi diqqətə çatdırılıb.

Etimad quruculuğu tədbirlərinin həyata keçirilməsi üçün AQEM prosesinin əhəmiyyəti qeyd olunub. Bu xüsusda, ölkəmizin AQEM-də əlaqələndirməsini həyaya keçirdiyi təhlükəsiz və səmərəli nəqliyyat dəhlizləri sistemləri üzrə etimad quruculuğu tədbirləri çərçivəsində AQEM üzv dövlətləri arasında nəqliyyat və bağlantıları fəal surətdə təşviq etdiyi, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat və tranzit dəhlizlərini irəlilətdiyi bildirilib. Bu kontekstə, 44 günlük Vətən müharibəsindən sonra Üçtərəfli Bəyanatın müddəalarına uyğun olaraq Zəngəzur dəhlizinin qısa zamanda açılmasının bölgədə sülh və sabitliyə töhfə verilməsi, eləcə də yerli, regionlararası və trans-regional ticarətin inkişaf etdirilməsi baxımından vacib olduğu xüsusi vurğulanıb.

Görüş zamanı, AQEM-in Astana şəhərində keçiriləcək Sammitinə hazırlıq məsələləri müzakirə olunub.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir