AŞPA komitəsinin sədri: “Bərdə şəhərinə edilən hücumlar faciədir”

Siyasət

Mülki bölgələrə raket zərbələri dayandırılmalıdır.

Bu barədə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Miqrasiya, qaçqınlar və məcburi köçkünlər komitəsinin sədri Piyer Alan Fridez bəyan edib.

O, Azərbaycanın Bərdə şəhərinə 21 nəfərin ölümü ilə nəticələnən hücumu faciə adlandırıb.

“Dağlıq Qarabağ ətrafında münaqişənin humanitar nəticələri dərin narahatlıq yaradır”, – deyə Fridez əlavə edib.

Komitə sədri münaqişə tərəflərinin təkcə atəşkəsə razılaşması deyil, həmçinin, ona əməl edilməsinin vacibliyini vurğulayaraq, əks halda vəziyyətin daha da pisləşəcəyi barədə xəbərdarlıq edib.

O, bütün tərəfləri bu münaqişənin humanitar təsirini minimuma endirmək üçün lazımi tədbirləri görməyə çağırıb, hökumətləri bütün aidiyyəti humanitar təşkilatlarla tam əməkdaşlıq etməyə, BQXK və BMT agentlikləri, BMQT, həmçinin digər beynəlxalq və milli qeyri-hökumət təşkilatları da daxil olmaqla dəstək vermələrinə imkan yaratmalarının vacibliyini vurğulayıb.

AŞPA nümayəndəsi vəziyyətin Avropa Şurasının 47 üzv dövlətini təmsil edən parlamentarilər tərəfindən yaxından izlənilməsini təmin etmək üçün məsələni Miqrasiya, qaçqınlar və məcburi köçkünlər komitəsinin gündəliyinə saldığını da qeyd edib.

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir