ATƏT-in Minsk qrupundan XİN başçılarının görüşü ilə bağlı BƏYANAT

Siyasət

ATƏT-in Minsk qrupunun həmsədrləri Cenevrədə baş tutan Azərbaycan və Ermənistan XİN başçılarının görüşü ilə bağlı bəyanat yayıb. 

Bununla bağlı ATƏT-in rəsmi saytında məlumat yerləşdirilib. 

Bəyanatda bildirilib ki, tərəflər bir sıra addımlar atmağa razılaşıblar:

“Razılaşmaya əsasən, tərəflər beynəlxalq humanitar hüquqa uyğun olaraq qəsdən mülki əhalini və ya qeyri-hərbi obyektləri hədəf almayacaq. Bundan başqa, tərəflər Beynəlxalq Qırmızı Xaç Komitəsinə  lazımi təhlükəsizlik zəmanətini verərək döyüş sahəsindəki qalıqların toplanmasında və mübadiləsində fəal iştirak edəcəklər. ərəflər bir həftə ərzində BQXK-ya giriş və mümkün mübadilə üçün həbsdə olan əsirlərin siyahısını təqdim edəcəklər”. 

Eyni zamanda, tərəflər münaqişəsinin hərtərəfli həllin əsas elementləri ilə bağlı mövqelərini aydınlaşdırmağa yönəlmiş açıq və əsaslı danışıqlar aparacaqlar.

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir