Özbəkistanın media mənbələri Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsi ilə bağlı apardığı müharibəni fəal şəkildə işıqlandırır.
Media.Az-ın məlumatına görə, bu barədə Özbəkistanın tanınmış tarixçisi və publisisti Şuhrat Salamov (Barlas) bildirib.
O, həmçinin Türk dövlətləri arasındakı hərbi ittifaqın yaradılmasını dəstəklədiyini, təbii ki, bunun özünəməxsus xüsusiyyətləri olduğunu bildirdi:
“Qanuna görə, ölkəmiz hərbi bloklarda iştirak edə bilməz. Ancaq düşünürəm ki, Azərbaycanın qələbəsindən sonra bölgədəki və bəlkə də dünyadakı geosiyasi tarazlıq dəyişəcək. Beləliklə gələcəkdə hər şey mümkündür”.
Tanınmış tarixçi 34 milyon özbək xalqının demək olar ki, hamısının Azərbaycanı dəstəklədiyini vurğuladı.
“Özbəkistan üçün Azərbaycanın ərazi bütövlüyü müqəddəs bir anlayışdır… Biz qardaşlarımızın yanındayıq”, – deyə Salamov sözlərini yekunlaşdırdı.