Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinə İjevsk şəhərində məktəbdə baş vermiş atışmada insanların ölümü ilə bağlı başsağlığı verib.
Oxu.Az Azərbaycanın dövlət başçısının mətbuat xidmətinə istinadən xəbər verir ki, məktubda deyilir:
Hörmətli Vladimir Vladimiroviç,
İjevsk şəhərində 88 saylı məktəbdə baş verən atışma nəticəsində uşaqların və böyüklərin həlak olması xəbəri məni çox sarsıtdı.
Sizə, həlak olanların ailələrinə və yaxınlarına Azərbaycan xalqı adından və şəxsən öz adımdan dərin hüznlə başsağlığı verir, bütün həlak olanların tezliklə sağalmasını arzulayıram.
www.RIA24.az