Kaliforniyada azərbaycanlılar Qarabağ münaqişəsinin obyektiv işıqlandırılmasını tələb etdi – FOTO/VİDEO

Siyasət

Kaliforniyada yaşayan azərbaycanlılar San-Fransiskonun mərkəzində ABŞ KİV-də Qarabağ münaqişəsinin ədalətli şəkildə işıqlandırılması tələbi ilə etiraz aksiyası keçiriblər.

Oxu.Az-a açıqlama verən Azərbaycan diasporasının nümayəndəsi Yasmin Bəşirova bildirib ki, sözügedən aksiya San-Fransiskoda yaşayan azərbaycanlıların iki həftə ərzində təşkil etdikləri ikinci aksiyadır.

“Biz ABŞ KİV-dən Dağlıq Qarabağdakı hadisələrin bərabər və obyektiv şəkildə işıqlandırılmasını istəyirik. Biz istəyirik ki, onlar yalnız erməni lobbisinin paylaşdıqlarından deyil, Ermənistan-Azərbaycan münaqişəsi barədə, o cümlədən Bərdə və Gəncədəki facilərdən obyektiv şəkildə bəhs etsinlər. Biz bura toplaşmışıq ki, şəhər ictimaiyyətinə  çoxsaylı itkilərə səbəb olan Gəncəyə, Bərdəyə, Tərtərə Ermənistan silahlı qüvvələri tərəfindən raket hücumları barədə danışaq”, – deyə Y.Bəşirova bildirib.

Y.Bəşirova bildirib ki, artıq diaspora nümayəndələrindən CBS telekanalı müsahibə götürüb, həmçinin NBC və ABC telekanalları onlara müraciət edib.

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir