Belçika Beyin Mərkəzinin rəhbəri: “Zəngəzur dəhlizi Şərq ilə Qərbi birləşdirən qovşaq olacaq”

Siyasət

“Zəngəzur dəhlizi regionda nəqliyyat-logistika kommunikasiyalarının yaradılması baxımından mühüm əhəmiyyət kəsb edir. Bu dəhliz Şərq ilə Qərbi birləşdirən qovşaq olacaq”.

“Report” xəbər verir ki, bunu Bakıda keçirilən Beyin Mərkəzlərinin I Forumunda çıxışı zamanı Belçikanın “New direction” Beyin Mərkəzinin icraçı direktoru Vitold de Şevilli deyib.

O, rəhbərlik etdiyi mərkəzin Azərbaycanda bir sıra beyin mərkəzləri ilə əməkdaşlıq etdiyini bildirib.

Onun sözlərinə görə, “New direction” enerji təhlükəsizliyi və Avropa İttifaqının Rusiya qazından asılılıqdan necə qurtula biləcəyi ilə bağlı araşdırmalar aparır.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir