Əli Əsədov Gürcüstanın baş nazirinə məktub ünvanladı

Siyasət

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov noyabrın 2-də Gürcüstanın Baş naziri Giorgi Qaxariyaya məktub ünvanlayıb.

Baş nazir Əli Əsədov Gürcüstanda keçirilmiş parlament seçkilərində “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyasının qalib gəlməsi münasibətilə Baş nazir Giorgi Qaxariyanı təbrik edib.

Bu qələbənin hakim partiyanın uğurlu siyasətinə dost Gürcüstan xalqı tərəfindən verilən yüksək qiymətin təcəssümü olduğu vurğulanıb, Azərbaycan-Gürcüstan strateji tərəfdaşlıq münasibətlərinin hərtərəfli inkişafına bundan sonra da töhfə veriləcəyinə əminlik ifadə olunub.

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir