Azərbaycanda “Mikro, kiçik və orta sahibkarlığın inkişafı” haqqında qanun layihəsi hazırlanıb.
Oxu.Az-ın məlumatına əsasən, layihə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.
Qanun layihəsi, 5 fəsil, 15 maddədən ibarətdir.
“Layihə mikro, kiçik və orta sahibkarlıq subyektlərinə göstərilən dövlət dəstəyinin təşviqinin forma və metodlarını müəyyən edir”, – deyə o əlavə edib.
Qeyd edək ki, qanun layihəsi Prezident İlham Əliyevin qanunvericilik təşəbbüsü ilə Milli Məclisə daxil olub.
Aqşin Kərimov
www.RIA24.az