IV Dünya Köçəri Oyunları çərçivəsində “Şuşa sərgi”si açılıb – FOTO

Siyasət

IV Dünya Köçəri Oyunları çərçivəsində Türkiyənin Bursa vilayətinin İznik şəhərində “Şuşa sərgi”si açılıb.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, sərgi Azərbaycanın Türkiyədəki səfirliyi tərəfində təşkil olunub.

Səfirlikdən verilən məlumata əsasən, sərgini Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatar, TDT Ağsaqqallar Şurasının Azərbaycandan olan üzvü Həsən Həsənov, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva və digər yüksək səviyyəli rəsmi şəxslər ziyarət edib.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir