Gəncə, eləcə də Bərdə ballistik raketlərdən atəşə tutulub. Nəticədə mülki şəxslər həlak olub.
Bu sözləri Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bugünkü brifinqdə deyib.
O bildirib ki, Ermənistanın qadağan olunmuş kasetli bombalardan istifadə edərək mülki şəxsləri hədəfə alması ilə bağlı məqamlar barədə məlumatlar beynəlxalq təşkilatlara təqdim olunacaq.
Könül Cəfərli