Azərbaycan Prezidenti: “Erməni barbarlığının və vandalizminin miqyası heyrət doğurur”

Siyasət

“Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfər edənlər erməni barbarlığının və vandalizminin miqyasından heyrətə gəlirlər”.

“Report” xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Ağdamda “Dayanıqlı İnkişaf Məqsədləri” və “Yeni Şəhər Gündəliyi” – postmünaqişə dövründə bərpa və yenidənqurmanın aparıcı qüvvəsi kimi” mövzusunda Azərbaycan Milli Şəhərsalma Forumunun açılış mərasimində deyib.

Dövlət başçısı bildirib ki, bir sıra xarici nümayəndə heyətləri və KİV nümayəndələri işğaldan azad edilmiş ərazilərə səfər edib və ermənilərin orada törətdikləri bütün dağıntıları öz gözləri ilə görüblər.

“Erməni barbarlığının və vandalizminin miqyası o qədər heyrətamizdir ki, Azərbaycanın bu bölgəsinə səfər etmiş insanların çoxu özlərini mənəvi cəhətdən tükənmiş hiss edirlər. Siz Ağdamda, Füzulidə və işğal altında olmuş Azərbaycanın digər ərazilərində yaşayan azərbaycanlıların hansı hisslər keçirdiyini təsəvvür edə bilərsiniz. Onlar gəlib bir vaxtlar yaşadıqları evləri tapa bilmirlər, çünki işğal dövründə hər şey tamamilə dağıdılıb”, – Prezident söyləyib.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir