Hikmət Hacıyevdən 80 jurnalistin Xankəndidən çıxa bilməməsi məsələsi ilə bağlı AÇIQLAMA

Siyasət

“Sərhədsiz reportyorlar təşkilatının 80 nəfər yerli və xarici jurnalistin Xankəndidən təhlükəsiz çıxa bilməməsi ilə bağlı açıqlaması ilə əlaqədar bildiririk ki, Laçın dəhlizi vasitəsilə Xankəndi ilə Ermənistan arasında yolu bağlayan məhz Ermənistandır”.

Bunu mətbuata açıqlamasında Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

“Dünən Ermənistan tərəfi açıqlama verərək yolu bağladığını bildirib.

Ümumiyyətlə, Xankəndindən Ermənistana iki yol var. Biri Azərbaycanın işğal olunmuş Kəlbəcər rayonu ərazisindən keçərək, Ermənistanın Vardenis rayonuna doğru gedir.

Digər yol isə Laçın dəhlizi vasitəsilədir. Bu günə olan məlumata görə, hər iki yol Ermənistan Silahlı Qüvvələrinin nəzarətindədir”, – deyə H.Hacıyev qeyd edib.

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir