“Hazırda İtaliyanın “La Republica” nəşrinin jurnalisti Pitro Del Re erməni lobbisinin təhqiramiz hücumlarına məruz qalır. TF1 və “The New York Times”ın erməni lobbisi tərəfindən fiziki olaraq təhdid olunan jurnalistləri ilə də eyni hal baş verib. Müstəqil mətbuata və ifadə azadlığına qarşı bu cür hücumları qəti şəkildə qınayırıq”.
Bu sözləri Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter” hesabında yazıb.
“Biz “Sərhədsiz Reportyorlar”ı və ATƏT-in media azadlığı üzrə xüsusi nümayəndəsini Ermənistan-Azərbaycan münaqişəsinin obyektiv reallıqlarını işıqlandıran peşəkar jurnalistlərə-mediaya qarşı fiziki-şifahi təhdid və təhqiramiz fərdi hücumları qınamağa çağırırıq. İfadə azadlığına hörmət edilməlidir”, – deyə H.Hacıyev bildirib.