Bu gün BMT Baş Assambleyasının COVID-19 üzrə Xüsusi Sessiyasının detalları barədə qərar üzv ölkələrin böyük dəstəyi ilə qəbul edilib.
Bunu BMT Baş Assambleyasının 75-ci Sessiyasının sədri Volkan Bozkır özünün sosial media hesabında bildirib. O yazıb:
“COVID-19-un dövlət, hökumət başçıları səviyyəsində Xüsusi Sessiyası 3-4 dekabr 2020-ci il tarixlərində rəhbərliyimlə keçiriləcək. Dünya liderləri qarşılaşdığımız bu böyük problemə qarşı BMT-də toplanacaqlar. Səhiyyə, iqtisadiyyat, maliyyələşdirmə və peyvəndlər daxil olmaqla COVID-19 ilə mübarizənin bütün aspektləri hökumətlərin, özəl sektorun, akademik dairələrin və vətəndaş cəmiyyəti liderlərinin iştirakı ilə ətraflı təhlil ediləcək”.