Ukraynalı politoloq: “Minsk Qrupuna ümid qalmayıb, yeni mexanizm axtarmaq lazımdır”

Siyasət

Türkiyənin regionda fəal oyunçuya çevrilməsi artıq hər kəs üçün aydındır. Prezident Ərdoğanın Qafqazdakı təsir zonalarının yenidən bölüşdürülməsi ilə bağlı Putinlə razılığa gəlməyə çalışması faktı da çox şeydən xəbər verir. Türkiyənin heç hansısa danışıqlar formatına daxil oması vacib də deyil, bu ölkə onsuzda regiondakı vəziyyətə təsir etmək üçün kifayət qədər təsir alətinə malikdir.  

Bu sözləri Media.Az-a müsahibəsində ukraynalı diplomat, politoloq Vadim Tryuxan deyib.

“Bununla belə, qəbul etməliyik ki, ATƏT-in Minsk Qrupunun gözlənilmədən Qafqazda sülhə gətirib çıxaracaq effektiv alətə çevrilməsinə ümidlər praktiki olaraq qalmayıb. Buna görə də başqa mexanizm axtarmaq lazımdır. ABŞ üçün Qafqazın hələlik (istənilən halda qarşıdakı üç-dörd ay ərzində Ağ Evdəki idarəetmə dəyişikliyinə qədər) prioritet təşkil etmədiyi halda, BMT-ni aktivləşdirməyə cəhd göstərmək olar. BMT Baş katibinin Dağlıq Qarabağ məsələləri üzrə xüsusi nümayəndəsinin təyin olunması hazırda münaqişəyə cəlb olunan bütün tərəflər üçün çıxılmaz vəziyyətdən çıxış ola bilər”, – deyə V.Tryuxan bildirib.

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir