ANAMA: Ötən həftə işğaldan azad edilmiş ərazilərdə 1000 hektardan çox ərazi minadan təmizlənib

Sosial

İşğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik məlumat açıqlanıb.

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) APA-ya verilən məlumata görə, Tərtər, Ağdam, Ağdərə, Laçın, Füzuli, Şuşa, Xocalı, Xankəndi, Kəlbəcər, Xocavənd, Cəbrayıl, Qubadlı və Zəngilanda 48 piyada əleyhinə mina, 15 tank əleyhinə mina, 309 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 1 726.1 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

Spread the love
Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir