Xocalının Xanyurdu kəndinə növbəti köç yola salınıb

Sosial

Avqustun 11-də Xocalı rayonunun Xanyurdu kəndinə növbəti köç yola salınıb.

APA-nın xəbərinə görə, bu mərhələdə 62 nəfərdən ibarət 19 ailə Xanyurdu kəndinə yola düşüb.

Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 50 mindən çox insan yaşayır..

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir