Qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub

Sosial

Avqustun 17-də Astara rayonunun Suparibağ kəndi ərazisində qəsdən adam öldürülməsinə dair Astara rayon prokurorluğuna məlumat daxil olub.

Rayon prokurorluğundan APA-ya verilən məlumata görə, araşdırma zamanı 2004-cü il təvəllüdlü Vüsal Əliyevin aralarında yaranmış mübahisə zamanı tanışı 1959-cu il təvəllüdlü İskəndər Məmmədova bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Astara rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Vüsal Əliyev polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib və prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub.

Cinayət işi üzrə ibtidai istintaq davam etdirilir.

Spread the love
Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir