22:52
Son günlər evliliklərində böhran yaşadıqları iddiaları ilə gündəmə gələn cütlükdən maraqlı sosial media addımı gəlib.
Bütün bu müzakirələrin dərhal ardından Fahriyə Evcen sosial şəbəkə hesabında yeni foto paylaşıb. İlk şərh isə həyat yoldaşı Burak Özçivitdən gəlivi. Məşhur aktyor, paylaşımın altına ürək və öpüş emojiləri ilə birlikdə:
“İnadına çox gözəlsən, sevgilim” – sözlərini yazıb.
Özçivitin bu romantik jesti, yayılan iddialara qarşı həm sevgi mesajı kiimi dəyərləndirilib.
———–
19:04
Türkiyəli aktrisa Fahriye Evcen şiddətə məruz qaldığı ilə bağlı iddialara sosial şəbəkədə cavab verib.
Milli.Az xəbər verir ki, aktrisa bununla bağlı “Instagram”da paylaşım edib.
“Ailə həyatına, ailə qurumuna bir az hörmətiniz olsun. İddialarla, gerçək olmayan xəbərlərlə bizi, ailəmizi tükətməyə çalışmağa davam etsələr, hüquqi addımlar atılacaq”, – F.Evcen bildirib.
Qeyd edək ki, qonşularının Burak Özçivit ilə Fahriye Evcenin evindən münaqişə səsləri eşitdiyi iddia olunmuşdu.
————
00:28
Evliliklərində uzun müddətdir problem yaşadıqları deyilən Fahriye Evcen və Burak Özçivit cütlüyü barədə bu dəfə şiddət iddiaları irəli sürülüb. Evdə baş verən mübahisə zamanı qonşuların yüksək səslər eşitdiyi, davanın isə tətil zamanı da davam etdiyi iddia olunub.
Şou-biznes dünyasının sevimli cütlüyü Fahriye Evcen və Burak Özçivit tez-tez ayrılıq xəbərləri ilə gündəmə gəlir. Daha öncə dəfələrlə ayrıldıqları iddia olunan, lakin bu söz-söhbətləri susqunluq və ya paylaşımlarla təkzib edən cütlük bu dəfə evdə mübahisə və şiddət iddiası ilə gündəmə gəlib.
2013-cü ildə “Çalıkuşu” serialının çəkiliş meydançasında tanış olan və 2017-ci ildə ailə quran Evcen və Özçivit iki övladları ilə birlikdə şou-biznes dünyasının nümunəvi ailəsi kimi görülürdü. Lakin son illərdə cütlük haqqında tez-tez “ayrılırlar?” sualı gündəmə gəlir. Sosial mediada edilən şərhlər və zaman-zaman profillərdə edilən kiçik dəyişikliklər bu söz-söhbətləri daha da alovlandırır.
Lakin bütün bu hadisələrin ardınca ortaya atılan yeni iddia əvvəlkilərdən daha diqqət çəkicidir. “Beyaz Magazin” verilişində irəli sürülən xəbərə görə, cütlüyün evində şiddətli mübahisə yaşanıb. Qonşuların yüksək səslər eşitdiyi, hətta mübahisənin şiddət həddinə çatdığı iddia olunub. İddialara əsasən, Evcenin sosial media profilində etdiyi dəyişiklik də bu davanın əks-sədası olub. Cütlüyün son paylaşımından sonra tətil zamanı da mübahisə etdikləri deyilir.
Cütlüyə yaxın mənbələrdən və ya menecerlərindən hələlik rəsmi açıqlama verilməyib. Lakin sosial mediada yazılan şərhlər məsələnin ciddiliyini qoruduğunu göstərir. Xüsusilə övladları olan bir ailə ilə bağlı “şiddət” iddialarının gündəmə gəlməsi pərəstişkarlarını narahat edib.
Daha öncə dəfələrlə ayrıldıqları iddia edilən və hər dəfə bu şayiələri arxada qoyan Fahriye Evcen və Burak Özçivit cütlüyünün bu dəfə necə reaksiya verəcəyi maraq doğurur. Şiddət iddialarının doğru olub-olmadığı hələlik dəqiqləşməsə də, ictimaiyyətin gözü məşhur cütlüyün açıqlamasına yönəlib.
Lalə Qüdrətova
Milli.Az