Bakı Slavyan Universitetinin rəhbərliyinin dəstəyi və bu ali məktəbin Beynəlxalq münasibətlər, regionşünaslıq və jurnalistika fakültəsinin Gənc Diplomatlar Klubunun təşkilatçılığı ilə Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarının yaradılmasının 101-ci ildönümünə həsr olunmuş “Gələcəyin diplomatları ”layihəsi keçiriləcək. 
Qeyd edək ki, layihənin hədəf qrupu  bakalavrlar və magistrantlardır. Layihə çərçivəsində 9-13 iyul 2020-ci il tarixlərində müxtəlif mövzularda onlayn formada görüşlər həyata keçiriləcək.Layihədə iştirak edən gənclər üçün “Azərbaycan diplomatiyası və xarici siyasəti” , “Diplomatiyanın əsasları,vəzifələri”, “Münaqişələrdə diplomatiyanın effektivliyi” və  bu kimi müxtəlif mövzularda onlayn təlimlər təşkil ediləcək. 
Layihədə iştirak edənlər sertifikatla mükafatlandırılacaqlar. 
Son qeydiyyat tarixi 8 iyul 2020-ci il saat 12:00-dır. 
Qeydiyyat linki: 
https://docs.google.com/forms/d/e/1FAIpQLSdJJZ8YKNQdnDCL8zy9h26VM5258AI7t6CTPSATnYIDU9GUCA/viewform?usp=sf_link

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir