Ağdaş rayonunda “Zəfər gününü yaşadan qəhrəmanlar” mövzusunda tədbir keçirilib-foto

30 oktyabr 2021-ci il tarixində Ağdaş rayon Heydər Əliyev Mərkəzində Vətən Müharibəsinin birinci ildönümü ilə əlaqədar Ağdaş Regional Mədəniyyət İdarəsinin və Ağdaş rayon Gənclər İdarəsinin birgə təşkilatçılığı ilə “Zəfər gününü yaşadan qəhrəmanlar” mövzusunda tədbir və Xüsusi Təyinatlı Qüvvələrin mayoru, Vətən Müharibəsi Qəhrəmanı, Gündüz Səfərli ilə görüş keçirilib.Tədbirdə rayon ictimaiyyətinin nümayəndələri, şəhid ailələrinin üzvləri, qazilər, müharibə iştirakçıları, gənclər, Rayon İcra Hakimiyyəti aparatının, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdaş rayon şöbəsinin və mədəniyyət müəssisələrinin əməkdaşları iştirak ediblər.Tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsi önünə gələrək xatirəsini ehtiramla yad ediblər. Sonra şəhidlər xiyabanı ziyarət edilib və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş Şəhidlərin ruhuna dualar oxunub.Heydər Əliyev Mərkəzinin foyesində “Zəfər gününü yaşadan qəhrəmanlar” mövzusunda keçirilmiş rəsm müsabiqəsi qaliblərinin əl işlərindən ibarət sərgiyə baxış keçirilib və qaliblərə Ağdaş Regional Mədəniyyət İdarəsinin və Ağdaş rayon Gənclər İdarəsinin birgə təsis etdiyi “Fəxri Fərman”lar və hədiyyələr təqdim olunub.Mərkəzin konfrans zalında davam edən tədbirdə ilk öncə Dövlət Himni səsləndirilib, şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib və 44 günlük Vətən Müharibəsini əks etdirən videoçarx nümayiş etdirilib. Rayon Gənclər və İdman idarəsinin rəisi Azad Gözəlov çıxış edərək qeyd edib ki, dövlət başçısı, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu 28 il düşmən tapdağında qalan torpaqlarımızın 44 gün ərzində işğaldan azad edilməsini təmin etməklə, rəşadətli Ordumuzun gücünü bütün dünyaya nümayiş etdirdi.Sonra 44 günlük Vətən müharibəsində, bir çox işğal altında olan ərazilərin, o cümlədən Şuşa şəhərinin işğaldan azad edilməsində xüsusi xidmətləri olan rayonun Ağzıbir kəndində doğulub boya-başa çatmış, Xüsusi Təyinatlı Qüvvələrin mayoru, Vətən Müharibəsi Qəhrəmanı, Gündüz Səfərlinin həyatı və hərbi xidmət yoluna həsr olunmuş videoçarx nümayiş etdirilib.Səhnəyə dəvət olunan Şuşanın fatehlərindən biri olan Gündüz Səfərli Vətən Müharibəsi və bu müharibənin tarixində xüsusi yeri olan Şuşa əməliyyatı barədə ətraflı çıxış edib, rayon gənclərinə önəmli tövsiyələr verib.Daha sonra çıxış edən Ağdaş Regional İdarəsinin məsləhətçisi İlqar Vəliyev İdarə rəisi Səxavət Məmmədovun salamını tədbir iştirakçılarına çatdırıb və Vətən Müharibəsinin birinci ildönümü ilə əlaqədar Regional İdarə və tabe mədəniyyət müəssisələri tərəfindən həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verib. Sonra Gündüz Səfərli yenidən səhnəyə dəvət olunub və Qəhrəmana Ağdaşlı rəssam Məlahət İsmayılqızının çəkdiyi portret, “Fəxri Fərman” və qiymətli hədiyyələr təqdim edilib.Tədbirdə çıxış edən Qarabağ Müharibəsi Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Ağdaş Rayon şöbəsinin sədri İsmayıl Xudiyev rayonda şəhid və qazi ailələrinə göstərilən diqqət və qayğıdan ətraflı söhbət açıb. Sonda Ağdaş Regional Mədəniyyət İdarəsinin dəvəti ilə Ağdaş rayonunda səfərdə olan Gəncə Dövlət Dram teatrının təqdimatında “Sən azadsan, Şuşa” adlı bədii kompozisiya nümayiş etdirilib və tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.